Azərbaycan birinciliyində ilk günün qalibləri bəlli oldu

14 Sentyabr 2018 09:48 Ağır atletika 337
Azərbaycan birinciliyində ilk günün qalibləri bəlli oldu

Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən gənclər arasında ağır atletika üzrə Azərbaycan birinciliyinə start verilib.

Sportinfo.az xəbər verir ki, yarışda ölkənin bütün regionlarından klub və cəmiyyətləri təmsil edən yüzə yaxın atlet iştirak edir.

Öncə körpücük üzərinə qadınlar çıxıb. Yaşı 20 və 23-ə qədər olan qruplarda qaliblər Sinkleyr cədvəli üzrə müəyyən edilib.

Yaşı 20-yə qədər olan gənc qadınlar arasında qızıl medala toplam 170 kq (70+100) nəticə və 246.30 xalla Səbinə Əzimova layiq görülüb. Anna Opanasyuk ikinci, Fidan Abdurrəhmanova üçüncü yeri tutub.

Yaşı 23-ə qədər olan gənc qadınlar arasında isə fəxri kürsünün ən yüksək pilləsinə toplam 177 kq (82+95) nəticə və 236.88 xalla Firuzə İbrahimova yüksəlib. Mərziyyə Məhərrəmova ikinci, Günel Vəliyeva üçüncü pillədə qərarlaşıb.

Kişilərdən körpücük üzərinə ilk olaraq çəkisi 56 kq-a qədər olan atletlər çıxıb. Toplam 203 kq (93+110) nəticə ilə Ömər Cavadov bütün rəqiblərini arxada qoyub. İkinci yeri 191 kq (86+105) nəticə ilə İsmayıl Məmmədov, üçüncü yeri isə 181 kq (80+101) nəticə ilə Rusif Əhmədov tutub.

Çəkisi 62 kq-a qədər olan atletlər də qalibləri müəyyən ediblər. Toplam 258 kq (115+143) nəticə ilə Rüstəm Qasımov qızıl medal qazanıb. İkinci yerə 230 kq (105+125) nəticə ilə Elməddin Hüseynov, üçüncü yerə isə 210 kq (96+114) nəticə ilə Murad Əliyev sahib çıxıb.

Son olaraq yaşı 20-yə qədər olan atletlər 69 kq çəki dərəcəsində qüvvələrini sınayıblar. Toplam 260 kq (125+135) nəticə ilə Kənan Xəlilov qızıl medalı boynundan asıb.

İkinci yeri 235 kq (105+130) nəticə ilə Nurlan Rəsulov, üçüncü yeri isə 214 kq (97+117) nəticə ilə Sahibov Həsənağa tutub. Yaşı 23-ə qədər olan gənclər arasında mütləq qaliblər bu gün bütün yarışlar bitəndən sonra məlum olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!