Hüseyn Bolt çəkisizlik şəraitində də 1-ci oldu - VİDEO

14 Sentyabr 2018 00:40 Ağır atletika 604
Hüseyn Bolt çəkisizlik şəraitində də 1-ci oldu - VİDEO

Yamaykalı sabiq atlet Hüseyn Bolt çəkisizlik şəraitində qaçmağa çalışıb.

Sportinfo.az xəbər verir ki, 8 qat Olimpiya çempionunun iştirak etdiyi yarış Fransa səmasında "Airbus A310" təyyarəsində həyata keçirilib.

Bolt çəkisizlik şəraitində corablarla qaçmağa çalışıb və bir neçə dəfə sürüşüb. Lakin sabiq atlet 3 nəfərin iştirak etdiyi yarışda qalib gəlib.

Bolt şampan firması tərəfindən təşkil edilən yarış barədə bu fikirləri səsləndirib: "Bu, adama özünü konfet mağazasındakı uşaq kimi hiss etdirir".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!