Gənc ağırlıqqaldıranın ölkə birinciliyi keçiriləcək - Şüvəlanda

12 Sentyabr 2018 00:40 Ağır atletika 359
Gənc ağırlıqqaldıranın ölkə birinciliyi keçiriləcək - Şüvəlanda

13-14 sentyabrda Şüvəlanda Ağır Atletika Akademiyasının yarış zalında gənclərin Azərbaycan birinciliyi keçiriləcək.

Sportinfo.az xəbər verir ki, yarışda ölkənin bütün regionlarından klub və cəmiyyətləri təmsil edən 100-ə yaxın ağırlıqqaldıran iştirak edəcək.

Çempionatın təşkilində məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdı.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!