Qitələrarası dünya çempionatına damğa vuran ellimiz

9 Sentyabr 2018 12:15 Ağır atletika 453
Qitələrarası dünya çempionatına damğa vuran ellimiz

Çexiyanın Ostrava şəhərində keçirilən atletika üzrə Kontinental Kubokuna start verilib.

Sportinfo.az xəbər verir ki, qitələrarası turnir sayılan bu yarışda Türkiyəni təmsil edən azərbaycanlı qaçışçı Ramil Quliyev də iştirak edir.

Bu gün 4x100 metr estafet yarışında Əmrə Zafer Barnes, Jak Ali Harvi, Yiğitcan Həkimoğlu və Ramil Quliyevdən ibarət Avropa komandası gümüş medal qazanıb.

Onlar 38.96 saniyəyə finişə çatıblar. I yerə 38.05 göstərici ilə Amerika komandası yiyələnib. Bürünc medalları isə Asiya-Pasifik komandası 39.55 göstərici ilə qazanıb.

Ramil Quliyev bu gün 200 metr məsafəyə qaçışda da gümüş medal qazanıb. O, 20.28 saniyəyə finişə çatıb. Panamalı Alonso Edvard 20.19 saniyə ilə I, ekvadorlu Aleks Kvinones 20.36 saniyə göstərici ilə III yeri tutub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!