Quliyev Avropada ayın ən yaxşısı adına namizəddi - FOTO

6 Sentyabr 2018 11:00 Ağır atletika 426
Quliyev Avropada ayın ən yaxşısı adına namizəddi - FOTO

Azərbaycanlı Ramil Quliyev avqust ayı üzrə Avropanın ən yaxşı yüngül atlet adına namizəddir.

Sportinfo.az xəbər verir ki, bununla bağlı Türkiyə Yüngül Atletika Federasiyası məlumat verib.

Avqustun 7-12-də Berlində keçirilən yüngül atletika üzrə Avropa çempionatında Ramil Quliyev 200 metrlik məsafəni 19,76 saniyəyə qaçmaqla yeni rekorda imza atıb.

Avropanın ən yaxşı yüngül atleti adına başqa namizədlər də var: Kişilər arasında – Arman Dyuplantis (İsveç), Zarnel Xyuz (Böyük Britaniya), Yakob İnqebriqtsen (Norveç), Koen Nart (Belçika);

Qadınlar arasında: Dina Aşer-Smit (Böyük Britaniya), Kristin Xussonq (Almaniya), Lora Myur (Böyük Britaniya), Yekaterina Stefanidi (Yunanıstan), Anita Vlodarçik (Polşa).

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!