Millimizin dünya çempionatına yollanacaq heyəti açıqlandı

5 Sentyabr 2018 18:36 Ağır atletika 379
Millimizin dünya çempionatına yollanacaq heyəti açıqlandı

Sentyabrın 9-dan 16-dək Bolqarıstanda bədii gimnastika üzrə dünya çempionatı keçiriləcək.

Azərbaycan Gimnastika Federasiyasından Sportinfo.az-a verilən məlumata görə, Sofiya şəhərindəki "Armeyets” arenasında keçiriləcək çempionata altmış ölkədən 900-dən çox qonaq qatılacaq.

Çempionatda fərdi yarışlarda 176, komanda yarışlarında isə 36 kollektivin tərkibində 215 gimnast mübarizə aparacaq.

Azərbaycan gimnastları da bu turnirdə fərdi və komanda yarışlarında qüvvələrini sınayacaqlar. Mundialda ölkəmizi qrup proqramında Aliyə Paşayeva, Siyana Vasileva, Ayşən Bayramova, Diana Doman və Zeynəb Hümmətova təmsil edəcəklər.

Fərdi yarışlarda isə Veronika Hudis, Zöhrə Ağamirova və Darya Sorokina xalça üzərinə çıxacaqlar. Bu yarışlar Bolqarıstanın ev sahibliyi etdiyi üçüncü dünya çempionatıdır. 1969-cu və 1987-ci illərdə də dünya birinciliyi Bolqarıstanda keçirilib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!