Azərbaycanın legioneri beynəlxalq turnirdə gümüş qazandı

3 Sentyabr 2018 13:00 Ağır atletika 429
Azərbaycanın legioneri beynəlxalq turnirdə gümüş qazandı

Azərbaycan badmintonçusu Edi Reski Dviçayo Ukraynanın Xarkov şəhərindəki “RSL Kharkiv International” turnirində gümüş medal qazanıb.

Federasiyanın mətbuat xidmətindən Sportinfo.az-a verilən məlumata görə, mübarizəyə əsas mərhələdən başlayan Dviçayo finala gedən yolda Polşa, Ukrayna, Bolqarıstan, Moldova və Danimarka təmsilçilərinə qalib gəlib.

O, həlledici görüşdə çexiyalı Yan Loudaya 0:2 hesabı ilə uduzub. Turniri ikinci sırada başa vuran idmançı nüfuzlu yarışın gümüş medalını qazanıb.

Yarışda 35 ölkədən 202 badmintonçu mübarizə aparıb. Bu, Azərbaycanın “International Challange” kateqoriyalı turnirlərdə ilk medalıdı.

Mübarizəyə təsnifat mərhələsindən başlayan Ezmi Qoviumuramadhoni isə əsas mərhələyə yüksəlsə də, 1/8 finalda moldovalı Kristian Savinə uduzub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!