Azərbaycanlı alpinistlər Savalan dağının ən yüksək zirvəsinə yürüş etdi

30 Avqust 2018 00:10 Ağır atletika 442
Azərbaycanlı alpinistlər Savalan dağının ən yüksək zirvəsinə yürüş etdi

Bir qrup alpinist Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-illiyi münasibətilə Savalan dağının ən yüksək zirvəsinə çıxıb.

Arazın o tayında Ərdəbil şəhəri yaxınlığında, dəniz səviyyəsindən 4 min 811 metr yüksəkliyə yürüş “Everest” idman klubunun təşəbbüsü ilə həyata keçib.

Sportinfo.az xəbər verir ki, avqustun 25-də Bakıdan yola çıxan bizimkilərə Güney Azərbaycandan olan dağçılar da qoşulublar.

Savalan zirvəsinə yürüş avqustun 27-də uğurla başa çatıb. Zirvəyə çatan alpinistlər orada Azərbaycan bayrağını dalğalandırıblar.

Alpinistlər Cümhuriyyətin 100 illiyi münasibətilə Böyük Qafqazın ən yüksək dağ zirvələrindən olan Şahdağ zirvəsinə də yürüş ediblər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!