Azərbaycan gimnastları Dünya Kubokunun qalibi oldu

27 Avqust 2018 14:36 Ağır atletika 567
Azərbaycan gimnastları Dünya Kubokunun qalibi oldu

Kazanda bədii gimnastika üzrə dünya çempionatı öncəsi (11-16 sentyabr, Sofiya) “Challenge” seriyasına aid sonuncu Dünya Kuboku öz işinə yekun vurub.

Azərbaycan Gimnastika Federasiyasından Sportinfo.az-a verilən məlumata görə, turnirdə ölkəmizi qrup proqramında təmsil edən Aliyə Paşayeva, Siyana Vasileva, Ayşən Bayramova, Diana Doman və Zeynəb Hümmətova iki ip və üç topla icra etdikləri kompozisiyaya görə iyirmi ölkə arasından finala çıxmağı bacarıblar.

Qızlarımız final çıxışında isə VII yerdə (19.750 xal) qərarlaşıblar. İl ərzində təşkil olunmuş “Challenge” seriyasına aid bütün Dünya Kuboklarının yekun xallarına əsasən, Azərbaycanın qrup hərəkətləri komandası məhz onlara dəfələrlə medal qazandırmış iki ip və üç topla nümayişlərinə görə bütün rəqiblərini geridə qoyaraq qalib olublar.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!