"Qazandığım qələbəni məşqçimə həsr etmək istəyirəm"

27 Avqust 2018 00:10 Ağır atletika 679
"Qazandığım qələbəni məşqçimə həsr etmək istəyirəm"

"Bakıda keçirilən bədii gimnastika üzrə "GymBala" adlı beynəlxalq turnirdə qazandığım qələbəni məşqçimə həsr etmək istəyirəm".

Sportinfo.az xəbər verir ki, bunu turnirdə 2011-ci il təvəllüdlü gimnastlar arasında sərbəst, halqa ilə hərəkətlər və çovnövçülük yarışında qalib olan "Ocaq Sport" klubunun nümayəndəsi Azadə Atakişiyeva deyib.

O, Milli Gimnastika Arenasında ilk dəfə çıxış etdiyini bildirib: "Bura çox xoşuma gəldi. Doğmalarım da məni dəstəkləməyə gəlmişdilər. Biləndə ki, onlar yanımdadırlar, mənə çıxış etmək asan olur, hərçənd heç həyəcanlanmadım".

A.Atakişiyeva turnirdə 3 qızıl medal qazandığına görə çox sevindiyini bildirib: "Öz çıxışımdan çox razıyam. Daha çox məşq edəcəyəm ki, həmişə birinci yeri tutum".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!