Azərbaycan gimnastları Dünya Kubokunun finalında çıxış edib

26 Avqust 2018 00:10 Ağır atletika 382
Azərbaycan gimnastları Dünya Kubokunun finalında çıxış edib

Belarusun Minsk şəhərində bədii gimnastika üzrə “Challenge” seriyasına aid Dünya Kuboku başa çatıb.

Sportinfo.az xəbər verir ki, 39 ölkədən 200-dən çox gimnastın iştirak etdiyi turnirdə Azərbaycan təmsilçiləri də iştirak ediblər.

Aliyə Paşayeva, Siyana Vasileva, Zeynəb Hümmətova, Ayşən Bayramova və Diana Domandan ibarət qrup hərəkətləri komandamız çoxnövçülükdə 8-ci olaraq qərarlaşıb.

Komandamız, həmçinin hər iki kompoziya ilə final mərhələsinə keçməyi bacarıb. Qızlarımız 5 halqa ilə final çıxışlarına görə 19.800 xal alaraq 6-cı, 3 top – 2 ip ilə kompozisiyaya görə isə 5-ci yerdə qərarlaşıblar.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!