FIG Akademiyasının məşqçilik kurslarının nəticələri açıqlandı

25 Avqust 2018 17:36 Ağır atletika 465
FIG Akademiyasının məşqçilik kurslarının nəticələri açıqlandı

Azərbaycan Gimnastika Federasiyasının (AGF) avqustun 13-20-də Bakıda təşkil etdiyi aerobika gimnastikası üzrə yerli məşqçilər üçün Beynəlxalq Gimnastika Federasiyası (FIG) Akademiyasının birinci dərəcəli məşqçilik kurslarının nəticələri açıqlanıb.

AGF-dən Sportinfo.az-a bildiriblər ki, həm nəzəri, həm də praktiki hissələrdən ibarət kurslarda biomexanika, anatomiya və psixologiya mövzuları üzrə təlimlər FIG-in mütəxəssisləri Olqa Kiselovoçeva (Slovakiya), Desislava Boquşeva (Bolqarıstan) və aerobika gimnastikası üzrə millimizin bolqar baş məşqçisi və eyni zamanda, FIG-ın mütəxəssisi Marian Kolev tərəfindən aparılıb.

Yeddi gün davam edən kurslarda on yerli məşqçi – Vladimir Dolmatov, Aleksandra Qorobçuk, Emil Quliyev, Nərminə Hüseynova, İmran İmranov, Cəmilə İsmayılova, Mələk Kərimova, Elçin Məmmədov, Alfiya Mantova və Firuzə Sadıqova ilə yanaşı, Ukrayna, Rusiya və Özbəkistandan gəlmiş beş məşqçi də iştirak edib.

Seminarın sonuncu günündə keçirilmiş imtahanın nəticələrinə əsasən, bütün iştirakçılar kursları müvəffəqiyyətlə başa vuraraq, məşqçilik üzrə birinci beynəlxalq dərəcəyə yiyələniblər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!