Millət vəkili: "Təəssüf ki, burda Azərbaycanın izi-tozu yoxdu"

12 Avqust 2018 13:46 Ağır atletika 633
Millət vəkili: "Təəssüf ki, burda Azərbaycanın izi-tozu yoxdu"

"Ramil Quliyevin yarışını izlədim, fərqi yoxdu, Türkiyə adına çıxış həm də bizim adımıza çıxışdı.

İnamlı qələbə qazandı. Bu, atletizmdə bizim üçün inanılmaz bir göstəricidi. Təəssüf ki, bu cür yarışlarda Azərbaycanın izi-tozu yoxdu".

Sportinfo.az xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa azərbaycanlı atlet Ramil Quliyevin Berlində keçirilən atletika üzrə Avropa çempionatında qızıl medal qazanmasına münasibət bildirərkən deyib.

O, idmanı təbliğ etmək üçün məktəbin, infrastrukturun və təbliğatın olmamasından şikayətlənib: “Üzgüçülük ənənəsi olmadığına görə necə kütləvi şəkildə dənizdə, göldə boğuluruqsa, eləcə də nə disk, nə nizə ata bilirik, qaçmamız və tullanmamız da heç yox.

Cəhalətə doğru qaçış olsaydı, dünyada bizə çatanmı olardı? Heç olmazsa Ramilin qələbəsindən həvəslənib bundan sonra atletizmə diqqət yetirmək olar. Övladlarınızı idmana yönəltməkdən çəkinməyin, təhsildən yayındırmayın.

Ramilin müsahibəsi də səviyyəli və anlamlı idi. Bir sözlə, beşdə beşlik bir obraz. Bir daha bu qəhrəman vətən övladını həm də Azərbaycanda dəyər verilmədiyində məhz Türkiyəni seçdiyinə görə təbrik edirəm”.

Türkiyə millisinin əslən azərbaycanlı sprinteri Ramil Quliyev Berlində keçirilən atletika üzrə Avropa çempionatında qızıl medal qazanıb. 28 yaşlı idmançı 200 metr məsafəyə qaçışda bütün rəqiblərini qabaqlayıb və finişə 19,76 saniyəyə çatıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!