Azərbaycanın iki atleti Avropa çempionatında finala vəsiqə qazandı

11 Avqust 2018 08:48 Ağır atletika 438
Azərbaycanın iki atleti Avropa çempionatında finala vəsiqə qazandı

Azərbaycan atletləri - Nazim Babayev və Aleksis Kopello Almaniyanın paytaxtı Berlində keçirilən Avropa çempionatında finala vəsiqə qazanıblar.

Sportinfo.az xəbər verir ki, hər iki idmançı üçtəkanla uzunluğa tullanma yarışında finala yüksəliblər.

Kopello ən yaxşı - 16,82 metr göstərici ilə bütün rəqiblərini geridə qoyub. Babayev isə 16,54 metr nəticə ilə 9-cu olub və həlledici mərhələyə adlayıb. Üçtəkanla tullanma yarışının finalı avqustun 12-də təşkil olunacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!