Azərbaycandan qaçan Quliyev Avropa çempionu oldu - VİDEO

10 Avqust 2018 08:24 Ağır atletika 587
Azərbaycandan qaçan Quliyev Avropa çempionu oldu - VİDEO

Türkiyə millisində çıxış edən azərbaycanlı atlet Ramil Quliyev karyerasında daha bir medal qazanıb.

Sportinfo.az xəbər verir ki, 28 yaşlı atlet atletizm üzrə Avropa çempionatının finalında finişə hamıdan birinci çatıb.

R.Quliyev Berlində keçirilən yarışda 200 metr məsafəyə qaçışda 19,76 saniyəlik göstəricisi ilə qızıl medala sahib olub.

R.Quliyev bu il Aralıq dənizi oyunlarında və “Brilyant Liqa” yarışlarında da birinci olmuşdu. Ötən il isə dünya çempionatında qızıl medal qazanmışdı.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti