Baş katib açıqladı: "Böyük yolun başlanğıcındayıq"

4 Avqust 2018 09:12 Ağır atletika 797
Baş katib açıqladı: "Böyük yolun başlanğıcındayıq"

Ggənclər və İdman Nazirliyində İtaliyanın Milan şəhərində yeniyetmə ağırlıqqaldıranların Avropa birinciliyində uğurlu çıxış edən millinin üzvləri ilə görüş oldu.

Sportinfo.az xəbər verir ki, tədbirdə söz alan AAAF-ın baş katibi Rizvan Rəsulov bu idman növünün Azərbaycanda dərin ənənələrə malik olduğunu dedi:

“İnkişafı üçün keçən il əhatəli konsepsiyanın hazırladıq. Kosovada keçirilən ötən eyni rəqabətdə 2-ci olduq. Hiss olundu ki, iş bəhrəsini verir. Lisey sistemi bu sahədə çox kömək olur.

Orda istedadlı idmançılar yetişir. Böyük yolun başlanğıcındayıq. Çalışacağıq ki, Buenos Ayresdə keçiriləcək yeniyetmələrin olimpiya oyunlarında da yüksək səviyyədə çıxış edək”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti