"Özbaşına hərəkət etməyin"

4 Avqust 2018 08:24 Ağır atletika 527
"Özbaşına hərəkət etməyin"

Gənclər və İdman Nazirliyində İtaliyanın Milan şəhərində yeniyetmə ağırlıqqaldıranların Avropa birinciliyində uğurlu çıxış edən millinin üzvləri ilə görüş oldu.

Sportinfo.az xəbər verir ki, toplantıda nazir müavini İsmayıl İsmayılov komandanın şəninə tərif dedi:

“Belə böyük yarışda 22 medal qazanaraq ümumi hesabda 1-ci yeri tutmaq böyük uğurdur, tarixi nailiyyətdir.

Bundan sonra təmiz qalın. Hər gün məşqlərdə tonlarla ağırlıq qaldırırsınız. Özbaşına hərəkət etməyin. Apteklərdə satılan dərmanlara təminat yoxdur.

Bəzən hansısa preparat sonradan dopinq kimi qəbul olunur. İllərlə çəkilən zəhməti hədər verməyin. İnanıram ki, bu yeniyetmə idmançılardan Tokio olimpiadasına lisenziya qazananı olacaq”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti