Dayanmaq yoxdu, davam, sona qədər davam!

29 İyul 2018 14:38 Ağır atletika 495
Dayanmaq yoxdu, davam, sona qədər davam!

Ölkədə idman deyəndə ilk yada düşən futbol olsa da, təməl növlərdən biri ağır atletikadı.

İstənilən idman gücə əsaslanır.

Güc deyəndə isə elə ilk ağır atletika yada düşür. Son zamanlar başına o qədər oyun, problem gəlib ki, saymaqla bitirmək olmaz. Ancaq işə təməldən sağlam başlayanda sonunun yaxşı olacağına ümid etmək olar.

Bugünlərdə Milanda keçirilən yeniyetmələrin ağır atletika üzrə Avropa birinciliyində uşaqlarımız toplamda 4 qızıl, 1 gümüş və 2 bürünc, kiçik medallarla isə cəmi 22 medal qazanıblar.

Mənə inana bilərsiz, sadəcə möhtəşəm nəticədi. Bu uşaqların cəmi 13-17 yaşı var. Dopinqsiz-falansız, öz güclərinə qaldırıb qələbə qazanırlar, ona görə də uğurlarına sevinməmək olmur. Keçmişi unutmamaq, ondan dərs almaq, gələcəyin təməlini möhkəm qurmaq planı yavaş-yavaş həyata keçməkdədi.

Kənardan mane olmasalar, bu gənc nəsil hələ çox qələbələr qazanacaq, çox şeyə nail olacaq. Buna heç bir şübhəm yoxdu.

Yığmamızın hər bir üzvünü qələbələri münasibətilə təbrik edirəm. Əhsən, uşaqlar. Dayanmaq yoxdu, davam, sona qədər davam!

Kənan Məstəliyev

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti