Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) İcraiyyə Komitəsi yarışlar zamanı yeni çəki dərəcələrinin tətbiqinə dair qərar qəbul edib.
Sportinfo.az xəbər verir ki, kişilərin mübarizəsində çəkilərin sayı 10-a çatdırılıb.
Bunlar 55 kq, 61 kq, 67 kq, 73 kq, 81 kq, 89 kq, 96 kq, 102 kq, 109 kq və 109 kq-dan yuxarı çəkilərdi. 2020-ci il Tokio Yay Olimpiya Oyunlarında isə 61 kq, 67 kq, 73 kq, 81 kq, 96 kq, 102 kq, 109 kq və 109 kq-dan yuxarı çəkilərdə mübarizə gedəcək.
Əvəzində 55 kq və 89 kq olimpiya çəki dərəcələri sayılmayacaq. Hazırda qadınların yarışında yeni çəki dərəcələrinin müzakirəsi aparılır.
İcraiyyə Komitəsinin qərarını iyulun 6-da Özbəkistanın paytaxtı Daşkənddə keçirəcəyi iclasında IWF Konqresi təsdiqləyəcək.
Bu halda, yeni çəkilərlə ilk yarış 1 - 10 noyabrda Türkmənistanın paytaxtı Aşqabadda keçiriləcək dünya çempionatı olacaq.

