Azərbaycan kənarda qalacaq?

2 İyul 2018 11:00 Ağır atletika 538
Azərbaycan kənarda qalacaq?

Ağır atletika yığmamızın üzvü Hüseyn İsmayılovun (94 kq) dopinq-testinin müsbət nəticələndiyini bilirsiz.

Sportinfo.az xəbər verir ki, Ümumdünya Antidopinq Agentliyinin (WADA) əməkdaşlarının martda idmançıdan götürdüyü testin araşdırması davam edir.

Yəni Beynəlxalq Ağır Atletika Federasiyası (İWF) hələ yekun qərarını verməyib. Araşdırmanın yekununda İsmayılovun orqanizmində həqiqətən testosteron tapıldığı dəqiqləşsə, 4 illik diskvalifikasiya qaçılmaz olacaq.

ABŞ-ın nüfuzlu “İnside The Games” agentliyinin iddiasına görə, yığmamız Tokio Olimpiadasından kənarda qala bilər. Amerikalı həmkarlarımızın yazdığına inansaq, 3 atletimizin dopinqli çıxması fonunda millimiz Olimpiya Oyunlarının təsnifat yarışlarına buraxılmayacaq.

Artıq İsa Rüstəmovun (69 kq) 4 illik diskvalifikasiyası rəsmiləşib. Ötən ilin mayında Bakıda keçirilən 4-cü İslam Həmrəyliyi Oyunlarında dopinqlə uğur qazandığı güman edilən Anastasiya İbrahimlinin (69 kq) məsələsi isə açıq qalıb.

Bir ildən artıq davam edən araşdırma nədənsə hələ də yekunlaşmayıb. İbrahimli və İsmayılovun cəzası da rəsmiləşsə, komandamız növbəti diskvalifikasiya ilə üzləşəcək.

Sezonu 7-ci pillədə tamamlayan «Səbail» finişi heç də gözlədiyimiz yüksək rəqabət notları ilə başa vurmağa səy göstərmədi. Axır həftələrdə prinsipiallığın əldən verilməsi bu təəssüratların əsas səbəbidi.

Bununla belə, əsas vəzifə yerinə yetirildiyi üçün komanda yeni mövsümdə əsas hədəfləri dəyişmək və əsaslı şəkildə gücləndirmək məcburiyyətindədi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti