Erməni idmançıya 4 illik cəza

28 İyun 2018 15:24 Ağır atletika 417
Erməni idmançıya 4 illik cəza

Beynəlxalq Ağırlıqqaldırma Federasiyası (IWF) erməni idmançısı Hripsime Xurşudyanı bütün yarışlardan kənarlaşdırıb.

Sportinfo.az xəbər verir ki, atlet qadağan olunmuş maddələrdən istifadə etdiyinə görə 4 illik diskvalifikasiyaya məruz qalıb.

Onun cəzası 2016-cı il iyunun 17-dən hesablanacaq və 2020-ci il iyunun 17-də başa çatacaq. H.Xurşudyanın 2012-ci il London olimpiadasındakı bürünc medalı da əlindən alınıb. O, dopinqdən istifadə etdiyinə görə, 2016-cı ildəki Rio Olimpiya Oyunlarında iştirakdan məhrum edilib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti