Azərbaycan kayakçısı Avropa Oyunlarına lisenziya qazandı

15 İyun 2018 00:10 Ağır atletika 428
Azərbaycan kayakçısı Avropa Oyunlarına lisenziya qazandı

Azərbaycanın qadın kayakçısı Marina-Lorena Manolika 2019-cu ildə Belarusun paytaxtı Minskdə keçiriləcək II Avropa Oyunlarına lisenziya qazanıb.

Sportinfo.az xəbər verir ki, 23 yaşlı idmançı bu nailiyyətə Serbiyanın paytaxtı Belqradda keçirilmiş Avropa çempionatında imza atıb.

1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüşdə 40,579 saniyə nəticə göstərən Manolika 12-ci yeri tutaraq lisenziya normasını yerinə yetirib. Reqlamentə əsasən, bu məsafədə ilk "16-lığ"a düşənlər Oyunlarda iştirak hüququ əldə ediblər.

Kişi kayakçıların yarışında isə Mirnazim Cavadov 1 nəfərlik qayıqla 500 metr məsafəyə yürüşdə finişə 1 dəqiqə 41,922 saniyəyə çataraq 14-cü yeri tutub.

Oyunlara lisenziya verən 200 metr məsafəyə yürüşdə 26 yaşlı idmançı yarımfinal səddini adlaya bilməyib. II Avropa Oyunları gələn il 20 - 30 iyunda keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti