Ramil Quliyev qalibi oldu

7 İyun 2018 12:48 Ağır atletika 561
Ramil Quliyev qalibi oldu

Türkiyə yığmasında çıxış edən azərbaycanlı atlet Ramil Quliyev Finlandiyada keçirilən Paavo Nurmi Oyunlarında 200 metr məsafəyə qaçışda yarışın qalibi olub.

Sportinfo.az xəbər verir ki, 28 yaşlı idmançı 20.23 saniyə ilə bütün rəqiblərini geridə qoyub.

O, həmçinin Paavo Nurmi Oyunlarının rekorduna sahib olub. Ramil Quliyev iyunun 7-də Norveçin Oslo şəhərində Brilliant Liqa yarışında 200 metr məsafəyə qaçışda çıxış edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
23 Avqust 20:00 Çək və bizə göndər!