Azərbaycan gimnastları Macarıstandakı beynəlxalq turnirdə 8 medal qazandı

29 May 2018 09:48 Ağır atletika 780
Azərbaycan gimnastları Macarıstandakı beynəlxalq turnirdə 8 medal qazandı

Azərbaycanın idman gimnastikası üzrə yeniyetmələrdən ibarət milli komandası Macarıstanın paytaxtı Budapeştdə keçirilən beynəlxalq turnirdə 8 medal qazanıb.

Sportinfo.az-ın federasiyanın rəsmi saytına istinadən verdiyi məlumata görə, ən çox medala Səməd Məmmədli sahib olub.

O, dəstəli at üzərində çıxışlarına görə qızıl, dayaqlı tullanmada gümüş, paralel qollarda və çoxnövçülükdə bürünc medala yiyələnib.

Növbəti qızıl medalı Cavidan Babayev halqalarda çıxışı ilə əldə edib. Ramin Dəmirov halqalarda gümüş, çoxnövçülükdə bürünc medalla mükafatlandırılıb. Ağamurad Qəhrəmanovun turnikdəki çıxışı isə onu fəxri kürsünün ikinci pilləsinə yüksəldib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti