Azərbaycan çempionatı sona çatdı - Qazananlar və qazanmayanlar

27 May 2018 01:00 Ağır atletika 1 028
Azərbaycan çempionatı sona çatdı - Qazananlar və qazanmayanlar

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda atletika üzrə ölkə çempionatına yekun vurulub.

Sportinfo.az xəbər verir ki, yarışda 15 klubdan 100-dən artıq idmançı çıxış edib.

Mübarizənin sonuncu günündə qadınlarda uzunluğa tullanmada Nazan Əzməmmədli bütün rəqiblərini qabaqlayıb. 800 metr məsafəyə qaçışda Rəqsanə Rəcəbli qızıl medal qazanıb. Zəkiyyə Həsənova 200 metr məsafəyə qaçışda fərqlənib.

Kişilərdə nüvəitələmədə İsmayıl Əliyev, nizə atmada Orxan Qasımov, uzunluğa tullanmada Nazim Babayev 1-ci yeri tutublar. Ələkbər Əzizov 200, İlham Abışov isə 800 metr məsafəyə qaçışda hamını qabaqlatıblar.

Yarışın baş hakimi Ceyhun Hüseynov, baş katibi Natalya Kafarova, direktoru isə Kamal Əhmədov olublar. Qaliblərə medal, diplom və pul mükafatı təqdim edilib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti