Hər 3 alpinistin meyiti tapıldı

16 May 2018 19:36 Ağır atletika 965
Hər 3 alpinistin meyiti tapıldı

Ötən il dekabrın 27-dən Fövqəladə Hallar Nazirliyinin (FHN) peşəkar xilasedicilərindən ibarət dəstələrin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının iştirakı ilə aparılan və davam edən axtarışlar nəticəsində bu gün saat 18:00 radələrində axtarış işlərinin aparıldığı ərazidə təqribən 4 metr dərinlikdə alpinistlərə aid çadırın yeri müəyyən edilib və ilkin olaraq iki kişi və bir qadın meyiti aşkar edilib.

Sportinfo.az xəbər verir ki, hazırda axtarış-təmizləmə işləri davam etdirilir.

Alpinistlərə aid digər əşyalar aşkarlanıb. Axtarış işləri barədə əlavə məlumat veriləcək.

"Gilavar” Hava və Ekstrim İdman Klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlu 2017-ci il dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxaraq geri qayıtmayıblar.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti