Bu qızlar Azərbaycan himnini Portuqaliyada səsləndirdi

14 May 2018 15:24 Ağır atletika 611
Bu qızlar Azərbaycan himnini Portuqaliyada səsləndirdi

Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətlərindən ibarət komandası Portuqaliyanın Portiman şəhərindəki "Challenge" seriyalı Dünya Kubokunda 3 medal qazanıb.

Sportinfo.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Siyana Vasilyeva, Aliyə Paşayeva, Diana Doman, Ayşən Bayramova və Zeynəb Hümmətovadan ibarət "5-lik" ilk olaraq, çoxnövçülükdə fərqlənib.

Onlar iki kompozisiyanın nəticəsinə əsasən bürünc medal əldə ediblər. Bu komanda iki hərəkət üzrə ayrı-ayrı finallara da vəsiqəni təmin edib.

Həlledici mərhələdə "5-liy"in halqalarla nümayiş etdirdiyi kompozisiya gümüş medalla mükafatlandırılıb. Top və iplərlə final proqramında isə onlar qızıl medala yiyələnərək, Azərbaycan himnini Portuqaliyada səsləndiriblər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti