Əfsanəvi idmançının məzarı açılacaq - DNT analizi üçün

8 May 2018 17:48 Ağır atletika 743
Əfsanəvi idmançının məzarı açılacaq - DNT analizi üçün

Əfsanəvi ağırlıqqaldıran, ötən il dünyasını dəyişmiş Naim Süleymanoğlunun qəbri açılacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə mətbuatı yayıb.

Yapon Sekai Mori məşhur idmançının qızı olduğunu iddia edir. Məhkəmə Morinin iddialarının doğruluğunu araşdırmaq üçün DNT analizi edilməsi qərarı verib.

Bunun üçün isə Süleymanoğlunun məzarı açılaraq, ondan test üçün nümunə götürüləcək. Məşhur idmançının məzarının bu il iyulun 4-də açılacağı qeyd edilib.

Süleymanoğlunun Morinin anası - yapon jurnalist Kyoko Mori ilə 1988-ci ildə keçirilmiş Seul Olimpiadası zamanı tanış olduğu deyilir.

Mərhum idmançının 3 övladı var. Tibbi ekspertizada Morinin keçmiş olimpiya çempionunun övladı olduğu təsdiqlənsə, yapon qız Süleymanoğlunun varislərindən sayılacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti