Səudiyyə Ərəbistanının hökuməti ölkə tarixində ilk dəfə krallıq ərazisində qadınlar arasında marafon yarışının keçirilməsinə icazə verib.
Sportinfo.az xəbər verir ki, marafon 2018-ci ilin aprel ayında Məkkədə bağlı məkanda baş tutacaq.
"İlk marafonda mümkün qədər çox qadının iştirak etməsi üçün hər şeyi etməyə çalışacağıq. Belə tədbirin təşkilatçıları sırasında olmaq böyük məsuliyyətdir", - deyə qaçışın baş tutacağı zalın sahibi olan "Əl-Vahda" klubunun prezidenti Əhməd Teyib bildirib.
Marafonda 18 yaşdan yuxarı qadınlar iştirak edə biləcəklər. Qaliblərə mükafatlar təqdim olunacaq. Bu ölkədə qadınlar arasında açıq havada ilk marafon isə 2019-cu ildə keçiriləcək.

