COP29

Elxan Məmmədov bu rayonda 3 dəfə hamının diqqətini özünə çəkdi - VİDEO

8 Dekabr 2023 17:40 II Divizion 630
Elxan Məmmədov bu rayonda 3 dəfə hamının diqqətini özünə çəkdi - VİDEO

Azərbaycan İkinci Liqasında 13-cü turun matçları keçirilib.

"Kür-Araz" Saatlıda "Lerik"i qəbul edib.

İmişli təmsilçisi rəqibinə 7 qol vuraraq qalib gəlib. İslam Məmmədovun idarə etdiyi qarşılaşma ilk dəqiqələrdən açıq mübarizəyə səhnə olub.

Səfərə vur-tut 14 nəfərlə çıxmış cənublular nominal ev sahiblərinin erkən qol vurmasına mane ola bilməyib.

“Qarabağ”ın və millinin müdafiəçisi Bəhlul Mustafazadənin atası Ələmdar Mustafazadənin çalışdırdığı “Kür-Araz” 9-cu dəqiqədə Elariz Xəlilli ilə darmadağının əsasını qoyub.

Elxan Məmmədov qısa zamanda (16,30, 39) het-trikə imza atıb. İmişlili hücumçunun ikinci qolu daha maraqlı alınıb.

O, Premyer Liqada belə, az-az rast gıldiyiniz gözəl qurulan hücumu dəqiq zərbəylə tamamlayıb.

44-cü dəqiqədə penaltini qola çevirə bilməyən Ramazan Abbasov fasilədən sonra “paraşüt” vuruşla “günahını yuyub”.

“Kür-Araz”dan Eltun Hüseynov da fərqlənib. Bunun üçün “Lerik”in müdafiəçisi Feyruz Bağıyevə minnətdar olmalıdır.

Ona ötürülən topu qəbul etməyə gecikən arxa xətt oyunçusu yerə yıxılıb, Eltun yaxın məsafədən bir toxunuşla toru silkələyib.

Qapsında 7 qol görən “Lerik” oyunun son bölümünü 1 nəfər azlıqda keçirib. Əflatun Məmmədovun ikinci kobudluğu vaxtından əvvəl paltətdəyişmə yollanmasına səbəb olub.

SPORTİNFO.AZ

Saatlı OİK stadionu. 40 tamaşaçı
Baş hakim: İslam Məmmədov
Baş hakimin köməkçiləri: Səbuhi Soltanov, Asif Abdullayev
Dördüncü hakim: Maqsud Şamıyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Nəriman Axundov
Sarı vərəqələr: Ağasən Əsgərov, 38 (qeyri-idman hərəkəti) // Hafiz Məmmədli, 44 (qeyri-idman hərəkəti); Rəvan Quluzadə, 60 (hakimin qərarına etiraz); Əflatun Məmmədov, 79, 79 (qeyri-idman hərəkəti)
Qırmızı vərəqə: Əflatun Məmmədov, 79
Qollar: Elariz Xəlilli, 9, 84; Elxan Məmmədov, 15, 30, 38; Ramazan Abbasov, 67; Eltun Hüseynov, 81 // Nurlan Əmirzadə, 38; Kamran Abdullazadə, 40 (p.)
Qolla nəticələnməyən penalti: Ramazan Abbasov, 44
Artırılan vaxt: I hissədə - yoxdur.; II hissədə - yoxdur.

Kür-Araz”

1. Əzəmət Müseyibov
(12. Şöhrət Qasımlı, 77)
11. Ramazan Abbasov
14. Elnur Məmmədov (k)
8. Cavidan Musazadə
22. Mirabbas Mirbabayev
6. Ağasən Əsgərov
(55. Qeyrət Əliyev, 46)
9. Elxan Məmmədov
(18. Ceyhun Quliyev, 77)
15. Babək Yaqublu
17. Elariz Xəlilli
5. İlkin Hüseynli
21. Rüfət Rəhimzadə
(7. Eltun Hüseynov, 59)

Ehtiyat oyunçular:

99. Novruz Qəhrəmanov
77. Museyib Vəlizadə
4. Fərid Oruczadə
2. Məhərrəm Heydərov
25. İxtiyar Quliyev
44. Ramal Aslanlı
19. Elmin Məmmədzadə

Baş məşqçi: Ələmdar Mustafayev

“Lerik”

12. Hafiz Məmmədli
3. Əflatun Məmmədov
5. Feyruz Bağıyev
10. Nurlan Əmirzadə
17. Fahil Dostiyev
42. Valid Yusubzadə
7. Kamran Abdullazadə (k)
(15. Rəsul Məmmədov, 83)
22. Namiq Salayev
20. Rahid Ağazadə
14. Məhəmməd Məmmədzadə
(4. Vusal Nuriyev, 46)
11. Rəvan Quluzadə
Ehtiyat oyunçular:

21. Nicat Səfərov
Baş məşqçi: Vidadi Hüseynov

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"