Millilərimizin təqvimi

5 Avqust 2022 03:20 Voleybol 618
Millilərimizin təqvimi

Voleybol üzrə Azərbaycan milli komandalarının Türkiyənin Konya şəhərində keçiriləcək 5-ci İslam Həmrəyliyi Oyunlarındakı matçlarının təqvimi açıqlanıb.

Sportinfo.az xəbər verir ki, B qrupunda qüvvəsini sınayacaq qadınlardan ibarət yığma ilk görüşündə Seneqalla qarşılaşacaq.

Görüş oyunların rəsmi açılışından 1 gün əvvələ – avqustun 8-nə təsadüf edəcək.

Kişi voleybolçulardan ibarət kollektiv isə avqustun 9-da meydana çıxacaq. A qrupunda yer alan yığma Sudanı sınağa çəkəcək.

İslamiada 9-18 avqust aralığında keçiriləcək.

İslam Həmrəyliyi Oyunları

Qadınlar, B qrupu

8 avqust
17:00. Seneqal – Azərbaycan

10 avqust
14:00. Əfqanıstan – Azərbaycan

12 avqust
14:00. Kamerun – Azərbaycan

Kişilər, A qrupu

9 avqust
11:00. Sudan – Azərbaycan

11 avqust
20:00. Azərbaycan – Kamerun

13 avqust
17:00. Azərbaycan – Mərakeş

Digər Xəbərlər
Xəbər Lenti
31 Dekabr 2025 20:00 Çək və bizə göndər!
31 Dekabr 2025 14:50 "Sportinfo TV”də GÜNDƏM
31 Dekabr 2025 08:30 Bayram günlərinin PROQNOZU
31 Dekabr 2025 08:00 Yanvarda hava necə olacaq?
31 Dekabr 2025 07:30 Bu cərimələr artırılır