"Beşiktaş"da "Qarabağ"dan daha çox PUL QAZANACAQ

2 İyul 2020 14:22 Türkiyə 1 481
"Beşiktaş"da "Qarabağ"dan daha çox PUL QAZANACAQ

"Beşiktaş"ın "Qarabağ"ın sabiq qapıçısı İbrahim Şehiçə təklif etdiyi maaş bəlli olub.

İstanbul təmsilçisi "Erzurumspor"la müqaviləsi mövsümün sonunda başa çatacaq 32 yaşlı qolkiperə illik 400 min avro, imza üçün 150 min avro ödəməyə hazırdır.

Hazırda tərəflər arasında danışıqlar gedir. İddiaya görə, komandanın baş məşqçisi Sergen Yalçının ilk istəyi İbrahim Şehiç deyil. Mütəxəssis yerli qapıçılar Sinan Bolat və Volkan Babacanı komandasında görmək niyyətindədir.

Onu Polşadan "Legiya" da istəyir. Bosniya və Herseqovina millisinin qapıçısı "Erzurumspor"a 2018-ci ilin yayında "Qarabağ"dan keçib. O, 2015 - 2018-ci illərdə Ağdam klubunun formasını geyinib.

Şehiç "Beşiktaş"a keçsə, Azərbaycanda qazandığı puldan daha artığını əldə edib. "Qarabağ"ın balkanlı kiperə ödədiyi illik məbləğ 500 min dolları keçməyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!