“Beşiktaş” məşqlərə başladı, 5 futbolçu karantinə alındı

6 May 2020 00:14 Türkiyə 800
“Beşiktaş” məşqlərə başladı, 5 futbolçu karantinə alındı

“Beşiktaş” koronavirus pandemiyasın görə mart ayında fasilə verdiyi məşqləri bərpa edib.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Komanda üzvləri klubun bazasında bir araya gəlib. Futbolçuların sosial məsafə qaydalarına riayət etməklə hazırlaşdığı bildirilib. Superliqasında yaranmış fasilədən istifadə edərək ölkələrinə yollanan “Beşiktaş”ın legionerləri də İstanbula qayıdıblar.

Çarter reysi ilə Türkiyəyə dönən Viktor Ruis, Cermeyn Lens, Adem Lyayiç, Kevin-Prins Boatenq və Kevin Nkudu dərhal karantinə alınıb. Onların 14 gündən sonra məşqlərə başlaya biləcəyi qeyd olunub.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi