Türkiyə millisində növbəti ŞOK - O da Bakıya gəlməyəcək!

13 Yanvar 2020 15:32 Türkiyə 1 258
Türkiyə millisində növbəti ŞOK - O da Bakıya gəlməyəcək!

İtaliya A Seriyasının XIX turunun "Roma" ilə ev oyununda zədələnən "Yuventus"un müdafiəçisi Merih Demiralın durumuna aydınlıq gətirib.

Sportinfo.az yerli mətbuata istinadən xəbər verir ki, rəqib komandanın müdafiəçisi Aleksandr Kolarovla toqquşmadan sonra yerə pis düşən türkiyəli futbolçu bu gün tibbi müayinədən keçib. Diz bağları qopan oyunçu mövsümü vaxtından əvvəl başa vurmalı olub. Türkiyə millisinin üzvünün Avropa çempionatını buraxacağı dəqiqləşib. Onunla yanaşı, "Lill"in futbolçusu Yusuf Yazıçının da qitə birinciliyini buraxacağı məlumdur.

"Ay-ulduzlular" qrup mərhələsinin 2 oyununu Bakıda keçirəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR