“Qalatasaray”dan ayrıldı – “Ayaks”a görə

10 Yanvar 2020 19:03 Türkiyə 751
“Qalatasaray”dan ayrıldı – “Ayaks”a görə

“Qalatasaray”ın futbolçusu Rayan Babel İstanbul klubundan ayrılıb.

Sportinfo.az xəbər verir ki, 33 yaşlı hücumçu karyerasını “Ayaks”da davam etdirəcək.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Xəbərdə, Babelin mövsümün sonuna qədər icarə əsasında Amsterdam təmsilçisində forma geyinəcəyi bildirilir. Artıq niderlandlı futbolçu ötən gün İstanbuldan ayrılıb və ölkəsinə yollanıb.

Bu mövsüm Super Liqada 15 oyunda 5 qol vuran Babelin “Qalatasaray”la müqaviləsi 2022-ci ilin yayına qədərdi. O, mövsümün əvvəlində İngiltərənin “Fulhem” klubundan transfer edilmişdi.

Digər Xəbərlər
Xəbər Lenti