“Milan” bu dəfə “Fənərbaxça”ya “yox” dedi

9 Yanvar 2020 12:45 Türkiyə 808
“Milan” bu dəfə “Fənərbaxça”ya “yox” dedi

“Fənərbaxça” “Milan”dan Rikardo Rodriqesi heyətinə qatmaq istəyir.

Sportinfo.az xəbər verir ki, Super Liqa təmsilçisi isveçrəli müdafiəçini icarə əsasında heyətinə qatmaq üçün “Milan”a təklif göndərib.

Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Xəbərdə, “Milan”ın Rodriqesi birdəfəlik satmaq istədiyi üçün “Fənərbaxça”ya “yox” dediyi bildirilib.

“Milan” İsveçrə millisinin də şərəfini qoruyan müdafiəçini sataraq, pul qazanmaq istəyir. 27 yaşlı futbolçuyla “Napoli”, “Uotford” və PSV də yaxından maraqlanır. Rodriqes bu mövsüm A Seriyasında 5 oyuna çıxıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR