"Tək ürək olduqda nələr edə biləcəyimizi göstərdik"

8 Yanvar 2020 00:08 Türkiyə 583
"Tək ürək olduqda nələr edə biləcəyimizi göstərdik"

"Avropa çempionatında qrupumuz olduqca çətindir. Hər kəs asan olduğunu söyləyir.

Amma çətinliyi çox olan qrupdur. Bu qrupda hər şey ola bilər. Biz özümüzə inanırıq".

Sportinfo.az xəbər verir ki, bu fikirləri Türkiyə yığmasının futbolçusu Burak Yılmaz AVRO-2020-dəki şanslarından danışarkən deyib.

Püşkə əsasən, "ay-ulduzlular" Avropa çempionatında İtaliya, İsveçrə və Uelslə birgə A qrupunda yer alıblar. Hazırda "Beşiktaş"da çıxış edən 35 yaşlı hücumçu qrupdan çıxacaqlarına inandıqlarını bildirib:

"Tək ürək olduqda nələr edə biləcəyimizi göstərdik. Amma milli komanda barədə danışmaq çox tezdir. Hazırda yaxşı ab-hava var. İnanıram ki, bu, belə də qalacaq".

İyunun 13-də Bakı Olimpiya Stadionunda Uels və İsveçrə yığmaları üz-üzə gələcək. İyunun 17-də Türkiyə - Uels, iyunun 21-də isə İsveçrə - Türkiyə matçları Azərbaycan paytaxtında təşkil olunacaq.

Bundan başqa, 1/4 final mərhələsinin bir oyunu Bakıda keçiriləcək. AVRO-2020-nin açılış matçında İtaliya və Türkiyə milliləri Romadakı “Olimpiko” stadionunda qarşılaşacaqlar.

Digər Xəbərlər
Xəbər Lenti