Türk ulduz Bakıya gəlmək üçün "Beşiktaş"a qayıtmadı

6 Yanvar 2020 16:59 Türkiyə 1 263
Türk ulduz Bakıya gəlmək üçün "Beşiktaş"a qayıtmadı

"Everton"un hücumçusu Cenk Tosunun karyerasını vətənində davam etdirmək variantı ortaya çıxıb.

Sportinfo.az xəbər verir ki, "Beşiktaş" 28 yaşlı forvardı heyətinə qatmaq niyyətində idi.

"Ağ-qaralar" iki il əvvəl 22 milyon avroya "Everton"a satdığı Cenki indi geri qaytarmaq istəyib. Lakin İstanbul nəhənginin arzusu baş tutmayıb. Belə ki, hücumçu Avropada yoluna davam etmək qərarına gəlib.

O, hazırkı komandası "Everton"da da qalmaq istəmir. AVRO-2020-yə yollanacaq heyətə düşməyi hədəfləyən Cenk bunun üçün Avropada müntəzəm oynaya biləcəyi bir kluba keçmək fikrindədi.

Türkiyə millisinin üzvünün meneceri hazırda İngiltərə, İspaniya və Almaniya klubları ilə danışıq aparır. Forvard cari mövsüm Premyer Liqada cəmi 5 görüşdə iştirak edib, cəmi 1 dəfə fərqlənib.

Türkiyə millisi AVRO-2020-də İtaliya, İsveçrə və Uelslə birlikdə A qrupunda mübarizə aparacaq. "Ay-ulduzlular" italyanlarla Romada, digərləri ilə Bakıda üz-üzə gələcək.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!