“Qalatasaray”dan qış fasiləsində 2 yeni transfer

4 Yanvar 2020 00:35 Türkiyə 1 775
“Qalatasaray”dan qış fasiləsində 2 yeni transfer

“Qalatasaray” heyətini iki yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

Sportinfo.az xəbər verir ki, İstanbul təmsilçisi Henri Onyekuru və Marselo Saraççini icarəyə götürəcək. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Açıqlamada hər iki futbolçunun transferi ilə bağlı klubları ilə danışıqlara start verildiyi rəsmən təsdiqlənib.

21 yaşlı uruqvaylı sol cinah müdafiəçisi Saraççi Almaniyanın “Leyptsiq” klubundan mövsümün sonunadək icarəyə götürüləcək. Ötən mövsümü məhz “Qalatasaray”da keçirmiş Onyekuru da Fransanın “Monako” klubundan 6 aylıq icarəyə götürüləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR