"Sevməyə davam edəcəyik"

3 Yanvar 2020 23:30 Türkiyə 811
"Sevməyə davam edəcəyik"

“Milli lə hələ çox böyük xəyallarım var. İnşallah, Avropa çempionu olub, bayrağımızı ən yüksəklərdə dalğalandırarıq”.

Sportinfo.az xəbər verir ki, bunu Türkiyə millisinin futbolçusu Umut Meraş deyib.

Yerli mətbuata danışan Fransanın “Havr” klubunun oyunçusu Avropa çempionatı ilə bağlı fikirlərini açıqlayıb. O, A qrupunda yer alan Türkiyənin Bakıdakı oyunlarda azarkeş üstünlüyünün olacağını xüsusi vurğulayıb:

“Çətin bir qrupda yer almışıq. İlk matçı Romada İtaliyaya qarşı keçirəcəyik. Bu, həm də açılış matçı olacaq. Fikrimcə, çox gözəl oyun olacaq. Komandamız və ölkəmiz həmişə böyük görüşləri sevib.

Sevməyə də davam edəcəyik. İki oyunumuzu isə Azərbaycanda keçirəcəyik. Sanki Türkiyədə oynayacağımız kimi olacaq. Bu bizim üçün böyük üstünlükdür. İtaliyaya qarşı görüşü yaxşı keçirsək, qrupdan çıxacağımızı düşünürəm”.

Türkiyə yığması ilk oyununu iyunun 12-də Romada İtaliyaya, növbəti matçlarını həmin ayın 17-də Uels, 21-də isə İsveçrəyə qarşı Bakıda keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!