Prosineçki sabiq "Neftçi"lini yanına apardı

3 Yanvar 2020 19:26 Türkiyə 2 002
Prosineçki sabiq "Neftçi"lini yanına apardı

Robert Prosineçkinin "Kayserispor"dakı köməkçilərindən biri müəyyənləşib. Sportinfo.az xəbər verir ki, Boban Baykoviç Superliqa klubunda qapıçılar üzrə məşqçi kimi fəaliyyət göstərəcək.

Bu barədə monteneqrolu məşqçi Xorvatiya mətbuatına açıqlamasında deyib: "Robbi məni unutmadı. İş tapan kimi zəng vurub, məşqçilər heyətində yer almaq istəyib-istəmədiyimi soruşdu. Prosineçki zəng vurubsa, ona kim "yox" deyə bilər?!".

Ötən ilin martında məşqçiliyə başlayan 34 yaşlı Baykoviçin futbolçu karyerasında son klubu "Neftçi" olub. O, 2016-2017 mövsümündə "ağ-qaralar"ın heyətində 14 oyun keçirib.

Digər Xəbərlər
Xəbər Lenti