"Bakıdakı qardaşlarımızla qrupdan çıxmaq istəyirik"

3 Yanvar 2020 11:00 Türkiyə 1 211
"Bakıdakı qardaşlarımızla qrupdan çıxmaq istəyirik"

"Yaxşı qrupa düşmüşük. Açılış matçını bizim oynamağımız önəmlidir. Bu, motivasiya baxımından da vacibdir".

Sportinfo.az xəbər verir ki, bu sözləri Türkiyə millisi və "Qalatasaray"ın sabiq yarımmüdafiəçisi Hamit Altıntop deyib. Hazırda yerli federasiyanın idarə heyətinin üzvü olan veteran futbolçu "ay-ulduzlular"ın Avropa çempionatındakı şanslarını dəyərləndirib:

"Bakıdakı qardaşlarımızla qrupdan çıxmaq istəyirik. Ən önəmlisi komandanın "artırmasıdır". 6 qrupdan 3-cü yeri tutan ən yaxşı 4 komanda pley-off-a adlayacaq. İnanıram ki, kağız üzərində olduğu kimi, meydanda da qazanan tərəf biz olarıq.

Arzum budur ki, millimiz bizim edə bilmədiyimizi AÇ-2020-də həyata keçirsin. Futbolçularımız daha gözəl yerlərə gəlsinlər və bizdən də yaxşı karyera qursunlar".

İtaliya, İsveçrə və Uelslə eyni qrupda yer alan Türkiyə millisi iki oyununu Bakıda keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı