Türkiyəli nazir: “Azərbaycanın dəstəyilə millimiz zəfər qazanacaq”

3 Yanvar 2020 10:45 Türkiyə 1 479
Türkiyəli nazir: “Azərbaycanın dəstəyilə millimiz zəfər qazanacaq”

Türkiyənin gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlu ölkəsinin yığmasıyla bağlı proqnozunu açıqlayıb.

Sportinfo.az xəbər verir ki, o, komandadan Avro-2020-nin final mərhələsində həlledici qarşılaşmaya vəsiqə gözlədiyini deyib:

“Milli komandamızın “Avro-2020″nin seçmə mərhələsində zəfəriylə iddiamız artdı. Mən millimizin final raundunda Azərbaycan xalqının dəstəyilə qrup səddini keçəcəyinə, hətta “Uembli”də final oynayacağına inanıram.

Bizim üzərimizə düşən bu yolda millətimizə hərtərəfli kömək etməkdir. Hamımız milli komandaya sahib çıxmalı, uğurların davamı üçün bütün varlığımızı sərf etməliyik”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR