“Barselona”nın futbolçusu Türkiyə klubuna keçdi

1 Yanvar 2020 10:00 Türkiyə 3 249
“Barselona”nın futbolçusu Türkiyə klubuna keçdi

“Gənclərbirliyi” heyətini yeni futbolçu ilə gücləndirib. Sportinfo.az xəbər verir ki, Super Liqa təmsilçisi hollandiyalı müdafiəçi Mike van Beyneni heyətinə cəlb edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. “Barselona”dan transfer olunan 20 yaşlı sağ cinah müdafiəçisi ilə 1,5 illik müqavilə imzalanıb.

Amma hollandiyalı oyunçu azad agent statusu aldığından, Türkiyə klubu Kataloniya təmsilçisinə heç bir təzminat ödəməyib.

Van Beynen daha öncə Hollandiyada “Villem II” və “NAK Breda” klublarında da forma geyinib.

Digər Xəbərlər
Xəbər Lenti
30 Oktyabr 17:50 Çək və bizə göndər!
30 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM