Bəxtiyar Vahabzadənin sözləri ilə Karaman vida!

31 Dekabr 2019 09:30 Türkiyə 1 213
Bəxtiyar Vahabzadənin sözləri ilə Karaman vida!

"Trabzonspor"la yolları ayıran baş məşqçi Ünal Karaman klubun azarkeşləri ilə vidalaşıb.

Sportinfo.az xəbər verir ki, o, vida açıqlamasında Trabzon valisinə, Böyük Şəhər Bələdiyyə rəhbərlərinə, Daxili İşlər nazirinə, klub prezidenti Əhməd Ağaoğluna, azarkeşlərə xüsusi təşəkkürünü bildirib.

Ü.Karaman onunla yolların ayrılması ilə bağlı verilən qərarı anlayışla qarşıladığını bildirib. Türk mütəxəssis açıqlamasını Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadənin sözləri ilə bitirdiyini qeyd edib:

"Şam əgər yanmırsa, yaşamır demək,

Onun yaşamağı yanmağındadır..."

Digər Xəbərlər
Xəbər Lenti