"Azərbaycandakı oyunlarımızı sanki Türkiyədə keçirəcəyik"

27 Dekabr 2019 11:29 Türkiyə 841
"Azərbaycandakı oyunlarımızı sanki Türkiyədə keçirəcəyik"

"Çətin qrupa düşdüyümüzü düşünürəm. İlk oyunumuzu İtaliyaya qarşı oynayacağıq. Həm açılış matçıdır, həm də Romada olacaq. Məncə, bizi maraqlı görüş gözləyir. Türkiyə çətin oyunları sevir. İndidən millidə keçirəcəyimiz oyunları fikirləşirəm. İtaliya ilə qarşılaşmada kim oynayacaqsa, əlindən gələnin ən yaxşısını edəcək".

Sportinfo.az xəbər verir ki, bu sözləri Türkiyə millisinin üzvü Umut Meraş "Fanatik" nəşrinə müsahibəsində deyib. Komandasının AÇ-2020-nin qrup mərhələsindəki şanslarını dəyərləndirən "Havr" klubunun müdafiəçisi iki oyunun Bakıda keçirilməsini üstünlük hesab edir:

"Qrupdakı digər oyunlara gəlincə, iki matçımızı Azərbaycanda keçirəcəyik. Sanki Türkiyədə oynayacağıq. Bu, bizim üçün üstünlükdür. İtaliya ilə oyundan yaxşı nəticə ilə ayrılsaq, qrupdan çıxa bilərik".

Qeyd edək ki, Türkiyə yığması ilk oyununu iyunun 12-də Romada İtaliyaya qarşı keçirəcək. İyulun 17-də Uels, 21-də İsveçrə ilə görüş isə Bakıda olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"