"Kayserispor"un baş məşqçisi Bülənt Uyğunun yeni işi uzun sürməyib.
Sportinfo.az xəbər verir ki, Kayseri klubunu geridə qalan 7 turda uğursuzluq zolağından çıxara bilməyən 48 yaşlı mütəxəssis istefaya göndərilib.
Sabiq "Qarabağ"lı Pedro Enrikenin də formasını geyindiyi "Kayserispor" Uyğunun rəhbərliyi altında 7 oyun keçirib, yalnız 2 qələbə qazanıb. 5 görüşü məğlubiyyətlə başa vuran məşqçi Samet Aybabanı əvəzləmişdi. Komanda hazırda Superliqada geridə qalan 16 turdan sonra 10 xalla sonuncu pillədə qərarlaşıb.
Ağdam klubuna qayıtması gündəmdə olan braziliyalı futbolçu cari mövsüm Kayseri təmsilçisində 11 görüşdə meydana çıxıb, 4 qol vurub.

