Türkiyə millisinin ulduzu Bakıya gəlməyəcək

23 Dekabr 2019 13:08 Türkiyə 1 221
Türkiyə millisinin ulduzu Bakıya gəlməyəcək

Türkiyə millisi şok itki ilə üzləşib.

Sportinfo.az yerli mətbuata istinadən xəbər verir ki, yığmanın aparıcı üzvlərindən Yusuf Yazıçı üçün mövsüm vaxtından əvvəl başa çatıb. "Lill"də çıxış edən yarımmüdafiəçi Fransa çempionatının son turunun "Monako" ilə oyununda (1:5) ciddi zədə alan 22 yaşlı futbolçunun diz bağları qopub.

Türkiyə millisinin həkimləri tərəfindən əməliyyat olunacaq oyunçunun uzun müddət yaşıl meydanlardan kənarda qalacağı gözlənilir. Yazıçının gələn keçiriləcək Avropa çempionatını buraxacağı bildirilib.

Xatırladaq ki, "ay-ulduzlular" AÇ-2020-nin qrup mərhələsinin 2 oyununu Bakıda keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
30 Oktyabr 17:50 Çək və bizə göndər!
30 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM