"Qalatasaray" "Selta"dan icarəyə götürdüyü Əmrə Mordan narazıdır. Sportinfo.az xəbər verir ki, İstanbul təmsilçisi 22 yaşlı vingeri geri qaytarmağı düşünür.
Türkiyə millisinin üzvü "sarı-qırmızılar"da 16 oyunda qol və assistlə yadda qalmayıb. Klub rəhbərliyi gənc oyunçunun müqaviləsini ləğv edib, Viqo təmsilçisinə qaytarmaq fikrindədir.
"Qalatasaray" Əmrə Moru yayda 600 min avro qarşlığında 1 illik icarəyə götürmüşdü.

