"Qalatasaray" erməni futbolçuya göz dikib?

22 Dekabr 2019 01:20 Türkiyə 2 553
"Qalatasaray" erməni futbolçuya göz dikib?

"Qalatasaray" intizamsız davranışına görə əsas heyətdən qovduğu Stiven Nzonzini müqavilə ilə məxsus olduğu "Roma"ya qaytaracaq.

Sportinfo.az xəbər verir ki, İstanbul klubu Nzonzini geri qaytarıb, xorvatiyalı hücumçu Nikola Kaliniçlə erməni yarımmüdafiəçi Henrix Mxitaryanı heyətinə qatmaq istəyir.

Kaliniç Madrid "Atletiko"suna, Mxitaryan isə "Arsenal"a məxsusdur. "Qalatasaray" Nzonzini vaxtından əvvəl "Roma"ya qaytardıqdan sonra bu iki futbolçunu heyətinə qatmaq üçün hərəkətə keçəcək.

31 yaşlı Kaliniç bu mövsüm 4 oyun keçirib. 30 yaşlı Mxitaryan isə 7 oyuna 3 qol vurub, 1 assist edib. Adlarıçəkilən futbolçular "Roma"da əsas heyət üzvü hesab edilmir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR